Dota 2-nin 7.38 yenilənməsi oyun mexanikasına ciddi dəyişikliklər gətirir. Wisdom runes və Lotus Pools artıq adi obyektlər deyil, əksinə, komanda dəstəyi tələb edən Shrine-lara çevrilib. Bu yenilik oyundakı obyektiv idarəetməni gücləndirir və erkən döyüşləri stimullaşdırır. Artıq tək oyunçular sadəcə olaraq runeləri toplamaq yerinə, bu Shrine-ları nəzarət altında saxlamaq üçün komanda yoldaşları ilə birlikdə mübarizə aparmalıdır.
Wisdom və Lotus Shrine-lar: Yeni oyun strategiyaları
Dota 2-nin yeni yenilənməsi Wisdom və Lotus Shrine-ların dəyişdirilməsini təmin edib. Əvəllər sadəcə tapıb toplamaq mümkün olan Wisdom runes indi məsafə etibari ilə daha ortaq bir mövqeyə gətirilib. Lotus Pools da əvvəlki kimi sadəcə obyekt kimi işləmir; əksinə, Lotus Petals toplamaq üçün komandanın orada dayanması və onu qorumaları lazımdır. Bu Shrine-ları aktivləşdirmək üçün oyunçular qısa bir müdət orada dayanmalı və düssmənləri uzaq tutmalıdır.
Wisdom Shrine-lar yenə də 7 dəqiqədə bir yenidən peyda olur. Lotus Pools isə oyun irəlilədikcə daha yüksək dərəcəli Lotuslar verəcək. Xüsusilə, Tier 4 neytral obyektlər meydana çıxdıqda Great Lotuslar peyda olacaq, Tier 5 dərəcəli obyektlərdə isə Greater Lotuslar görünəcək.
Yeni yenilənmə Dota 2 strategiyalarını necə dəyişdirir?
Bu dəyişikliklər Dota 2 oyun strategiyasına yeni bir baxış bucağı gətirir. Xüsusilə, həm Wisdom, həm də Lotus Shrine-ları erkən döyüşləri stimullaşdıraraq komanda yoldaşlarını daha aktiv oynamağa təşviq edir. Lotus Petals artıq sadəcə ehtiyatda saxlanılan obyekt deyil, əksinə, gücülü obyektlərin bir hissəsinə çevrilir.
Bundan başqa, Roshanın dəyşdirilmiş mövqeyi və yeni axan çaylar bu yenilənmənin strategiyanı əsaslı şəkildə dəyişdirdiyini göstərir. Komandalar artıq sadəcə lane təmizləməklə kifayətlənməməlidir. Həm Wisdom Shrine-larına, həm də Lotus Pools-a diqqət yetirmək, onlara nəzarəti ələ almaq oyunun aqibətini məyyənləşdirəcək.